Almaniya bundesliqasında yanvar ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Bu nominasiyanın qalibi “Bavariya”nın hücumçusu Tomas Müller olub. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, 32 yaşlı Müller yanvarda 3 çempionat oyununa çıxıb, komandasına 1 qol və 3 məhsuldar ötürmə ilə faydalı olub.