“Mançester Siti” rəhbərliyi “Santyaqo Siti”yə müraciət edib.
İngiltərə klubunu bu addımı atmağa vadar edən səbəb əsasən loqotiplə bağlıdı.
Məsələ ondadı ki, “Santyaqo Siti”nin loqosu MS-nin embleminə çox bənzəyir. İngiltərənin son çempionu çilililəri ictimaiyyətdə çaşqınlıq yaratmaqda ittiham edib. MS bosslarının fikrincə, “Santyaqo Siti”dən olan həmkarları loqotip vasitəsilə 3-cü divizionda çıxış edən klubun guya “City Football Group”a daxil olduğu görüntüsünü yaratmaq istəyirlər.
MS rəhbərliyinin Çili klubuna ünvanladığı məktubda təxminən eyni dizaynda olan loqodan və ticarət nişanından istifadənin yolverilməz olduğu bildirilib. İngiltərə nəhəngi eyni zamanda “Santyaqo Siti” adının “Mançester Siti”ni təqlid etmək məqsədi daşıdığını da vurğulayıb.