Futbol üzrə Polşa çempionatında 22-ci turun oyunları keçirilib.
Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Krivotsyuk sonadək ehtiyatda qalıb.
“Visla” 22 turdan sonra 30 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.