UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la ilk oyunda (3:1) baş verənlərə görə "Marsel"ə qarşı intizam işi açıb.
Bu məlumatı qurumun rəsmi saytı yayıb. Fransa klubu tribunalarda qadağan olunmuş bannerin görünməsi, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi və stadionlarda keçidlərin bağlanması ilə günahkar bilinir.
Qeyd edək ki, Ağdam təmsilçisi Marseldə keçirilən matç zamanı baş verən erməni təxribatına görə UEFA-ya müraciət edib.