"Dinamo"(Zaqreb) yeni transferi Mahir Emrelinin rəsmi debütü ilə bağlı paylaşım edib.
Xorvatiya təmsilçisi rəsmi "İnstaqram" səhifəsi vasitəsi ilə dünən ilk oyununa çıxan millimizin üzvünü təbrik edib:
"Dinamo" üçün ilk rəsmi oyun. Təbriklər, Emreli".
25 yaşlı hücumçu Avropa Liqasının 1/16 final mərhələsində "Sevilya" ilə ilk matçın (1:3) 57-ci dəqiqəsində meydana daxil olub. Bu, onun yeni klubundakı rəsmi debütü olub.