“Neftçi” premyer-liqanın 16-cı turunda qarşılaşacağı “Keşlə” ilə matçın hazırlığını başa vurub.
"Ağ-qaralar” bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində toplu və taktiki çalışmalar yerinə yetirilib.
“Neftçi” – “Keşlə” görüşü fevralın 19-u saat 17.15-də “Bakcell Arena”da keçiriləcək.