Gələn həftə Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında "Qarabağ" doğma meydanda "Marsel"i qəbul edəcək.
Fransada keçirilən ilk görüşdə rəqibinə 3:1 məğlub olan Ağdam təmsilçisinin oyunu böyük maraqla gözlənilir. Fevralın 13-dən etibarən görüşün biletləri artıq satışa çıxarılıb. Görəsən, fanatlar qarşılaşmaya nə qədər maraq göstəririr? 5 gün ərzində nə qədər bilet azarkeşlər tərəfindən alınıb?
Sualın cavabını "köhlən atlar"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadədən soruşduq:
"Hazırda 7 min bilet satılıb".
Qeyd edək ki, qarşılaşma fevralın 24-ü, saat 21.45-də "Tofiq Bəhramov"da baş tutacaq.
GÜNAY VƏLİYEVA