
Aktual / İdman
145
18.02.2022, 14:51
Federasiyada hesabat-seçki konfransı olacaq
Fevralın 19-da Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı olacaq.
Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək toplantı saat 10.00-da start götürəcək. İclasda federasiyanın növbəti müddətə prezidenti, vitse-prezidentləri və İdarə Heyətinin üzvləri seçiləcək.
Qeyd edək ki, AAAF-ın hazırkı prezidenti Cahangir Əsgərovdu.