• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rafiq Mirzəyev 15 yaşında “Neftçi”yə dəvət olunub - MÜSAHİBƏ

MÜSAHİBƏ

18-02-2022, 20:0

Dünən “Neftçi”nin sabiq futbolçusu, karyerası ərzində “xalq komandası” ilə yanaşı, MOİK-in, Novorossiysk “Sement”inin, Bakı “Avtomobilist”inin şərəfini qoruyan Rafiq Mirzəyev 70 yaşını qeyd etdi.

Butslarını mismardan asandan sonra məşqçi kimi Qusar “Şahdağ”ını, AZAL-ı, “Standard”ı, “Rəvan”ı çalışdıran, müxtəlif yaş qruplarında işləyən yubilyarla söhbətdə futbola gəlişi, futbolçu və məşqçi karyerasında başına gələn hadisələr, gələcək ilə bağlı danışdıq.

- Yubileyiniz münasibəti ilə sizi təbrik edirik.
- Diqqətinizə görə təşəkkür edirəm. Belə xoş gündə “Futbol+”ə məni unutmadığına görə minnətdaram.

- Rafiq bəy, öncə ondan başlayaq ki, 70 ilin neçəsini futbola həsr etmisiz?
- 55 ildi bu sahədəyəm. 1967-ci il avqustun 29-da rəhmətlik Əhməd Ələsgərov məni “Neftçi”yə dəvət edib. Onda 15 yaşım var idi. Həmin ərəfədə SSRİ-nin U-17 komandasına dəvət almışam. Ondan sonra U-19-da da çıxış etmişəm. 1971-də əsgərlik üçün MOİK-ə yollandım. “Hərbçilər”lə Azərbaycan çempionu adını və ölkə kubokunu qazandıq. Həmin illərdə respublikada çox maraqlı və güclü kollektivlər var idi. 1974/75 mövsümündə Novorossiysk “Sement”indən təklif gəldi. Bir mövsüm Rusiya klubunun şərəfini qorudum və yenidən Bakıya qayıtdım. Həmin vaxt “Avtomobilist” məni heyətində görmək istədi və təklifi qəbul etdim. Bir sözlə, futbolçu karyeramda ölkənin bir nömrəli komandasının şərəfini qorumaqla yanaşı, istər yerli, istərsə də Rusiya klubunda oynamaq imkanım oldu. “Kubinka”da doğulmuşam, “Spartak” stadionunun yaxınlığında böyüdüyümdən uşaq yaşlarımdan idmana böyük həvəsim olub. Rəhmətlik atam da həmin arenanın təsərrüfat hissə müdiri olduğundan 4-5 yaşımda artıq əlimdən tutub ora aparırdı. Futbola ilk sevgim də o vaxtdan başlayıb.

- Həyatınızın 55 ilini həsr etdiyniz futbol sizə nə verib və nə alıb?
- Futbol mənə çox şey verib. Yaxşı dostlar qazandırıb. Düzgün olmağı, sağlam həyat keçirməyi, intizama əməl etməyi də futbol öyrədib mənə. Nə alıb? Demək olar, heç nə. Sadəcə, düzgün olmağım, haqqı nahaqqın ayağına verməməyim, düz danışmağım bəzən mənə başağrı olub (gülür).

- Nəyə işarə edirsiz?
- Xüsusi şəkildə nəyəsə işarə etmirəm. Ancaq olub ki, düzgünlüyün tərəfdarı olduğum üçün əziyyətini çəkmişəm. Sizə bir olayı danışım. Əhməd Ələsgərov komandadan gedəndən sonra kollektiv köməkçisi Valentin Xlıstovun rəhbərliyi altında yeni mövsümə hazırlaşırdı. 1968-ci ilin yayında komandada Banişevski, Markarov, Tuayev, Zeynalov kimi “ağsaqqallar” var idi. Fiziki hazırlıq dönəmində Novxanıya krossa yollanmışdıq. Xlıstovun tapşırığı belə idi ki, avtobus siqnal verərkən sürəti artırıb qaçmalıydıq. Mən də həmin dönəmdə həftədə 3 dəfə futbolla, 3 dəfə də yüngül atletika ilə məşğul idim. Bu səbəbdən qaçışın sirlərini də bilirdim. Avtobusun sürücüsü erməni Sergey idi. Onu da bildirim ki, ötən əsrin 60-cı illərində Novxanı sahilləri çox gözəl qumluq idi. İndiki kimi heç yer hasarlanmamışdı. Nə isə, siqnal verildi, mən də sürəti artırıb hamıdan irəlidə qaçmağa başladım. “Ağsaqqallar” bu hərəkətimdən narazı qaldılar və məşqdən sonra baş məşqçiyə şikayət etdilər. Onların şikayəti ilə yanaşı, mən də Xlıstova düzgün tapşırıq vermədiyini bildirdim. 16 yaşlı gənc olduğumdan hələ dünyanın sirlərini başa düşmürdüm (gülür). Sonradan Xlıstov komandanın baş məşqçisi oldu və sən demə, narazılığımı unutmayıbmış. Və həmin sözlərimə görə məni çox incitdi. Bir də eyni epizodu artıq məşqçi olan vaxt yaşadım. Adını çəkmək istəmədəyim klubda mənimlə yanaşı, daha bir məşqçi işləyirdi. Bu gün də sağdı, Allah ona ömür versin. Rəhbərlik heç nədən onu “qaralamışdı”, işindən narazı olduqlarını bildirib, uzaqlaşdırmaq istəyirdilər. Həmin vaxt içimdəki vicdan hissi haqsızlığa dözə bilmədi və adını çəkmədiyim mütəxəssisin müdafiəsinə qalxdım. Və nə oldu? Müdafiə etdiyim məşqçi işində qaldı, mən isə ofsayda düşdüm. O anda “düzgünlük sənə qalıb” deyə fikirləşib, özümü çox qınasam da, müəyyən vaxtdan sonra düz addım atdığımı gördüm.

- Yubileyinizi harda və kiminlə keçirəcəksiz?
- Ailə üzvlərimlə birgə qeyd edəcəm.

- Adətən, tanınmış futbol adamları yubileyləri təmtəraqlı qeyd etməyi xoşlayırlar. Siz nə üçün 70 yaşınızı fərqli qeyd etməyə qərar verdiz?
- İlin-günün bu vaxtı böyük ziyafətə nə ehtiyac var?! Amma onu düz qeyd etdiz: bir qrup veteran futbolçu var ki, özlərinə dəbdəbəli doğum günü keçirməyi xoşlayırlar. Hətta aralarında elələri var ki, bu il böyük yubiley keçirib, növbəti il də adi doğum gününə qonaq dəvət edir. Bu nə dərəcədə düzdü? Mən şəxsən belə şeyləri qəbul etmirəm. Bu yaxınlarda Tərlan Əhmədov 50 illiyini qeyd etdi. O futbolda əməyi keçmiş adamdı. Bu günə kimi heç vaxt doğum günü qeyd etməmişdi. Halbuki o bunu qeyd etməyə layiq biridi. Birinci dəfə yubiley keçirdi və tanınmış qonaqları var idi. Onun kimisinin yubileyində iştirak mənə də xoş oldu. Ancaq yenə deyirəm, elələri var ki, hər il özünə ad günü keçirir. Bunun da bir adı var ki, bunu da hamı yaxşı başa düşür. Dünən, bu gün mənə bir çoxları zəng vuraraq təbrik ediblər. Hər kəs də bir sual verir: yubileyini harda keçirəcəksən? Hamıya da cavabım eyni olub: öz ailəmlə.

RƏŞAD

Oxunub: 497
Paylaş:
Digər xəbərlər

Aktual

14-03-2019, 23:0

“Bürünc “Neftçi”nin daha bir üzvü yubileyini qeyd etdi

Aktual / Manşet

11-01-2021, 10:0

Vəfat edən "Neftçi"nin veteranı haqda bilmədikləriniz

Aktual

7-01-2021, 11:0

"Neftçi"nin veteran futbolçusu vəfat etdi

Aktual

27-02-2021, 12:0

AFFA, “Neftçi” və PFL rəsmisi Banişevskini yad etdi

Foto

5-02-2020, 08:0

Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi

Ölkə futbolu

30-08-2019, 09:0

Baskakovun Marko van Bastenə bənzətdiyi yubilyar

Aktual
İlqar Qurbanov: “Ürəyi bizimlə döyünməyən heç kimi millidə görmək istəməyəcəyik”
Polis Öməri saxladı
Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
Şahin Diniyev və Zamiq Hüseynovdan təqdirəlayiq addım
İlin ilk ayında ən çox qol vurmuş futbolçular - SİYAHI
FIDE yeni reytinq siyahısını açıqlayıb
Son xəbərlər
  • Dünən, 23:50
    Təmkin Xəlilzadə futbolu futzala dəyişdi - AÇIQLAMA
  • Dünən, 23:40
    "Səbail"in legionerinin zədəsinə aydınlıq gəldi - AÇIQLAMA
  • Dünən, 23:30
    U-21-in seçmə mərhələ oyunlarının təqvimi açıqlandı
  • Dünən, 23:10
    "Qəbələ"də yubiley
  • Dünən, 22:58
    55 yaşında Portuqaliyaya transfer olundu!
  • Dünən, 22:30
    ''Siti''nin skautları Arda Gülər ilə bağlı hansı qərara gəldi?
  • Dünən, 22:10
    ''Qalatasaray'' Türkiyə futbolunda yeni tarix yazdı
  • Dünən, 21:55
    “Bavariya” ilə ilk oyunu buraxa bilər
  • Dünən, 21:30
    İbrahimoviç sıraya nə vaxt dönəcək?
  • Dünən, 21:10
    MY-də rəqib tanımır
  • Dünən, 20:55
    2023-cü ildə ilk qələbə
  • Dünən, 20:30
    Müdafiəçi 600 xal həddinə çatdı
  • Dünən, 20:10
    Şöhrət Zalının nümayəndəsi dünyasını dəyişdi
  • Dünən, 19:55
    Mbappe "Bavariya"ya qarşı oynamayacaq
  • Dünən, 19:30
    Son çempion yeni mövsümə qələbə, vitse-çempion heç-heçə ilə başladı - REPORTAJ
  • Dünən, 19:21
    "Ayaks"da yeni baş məşqçi
  • Dünən, 18:51
    Amerika Kuboku-2024 ABŞ-da təşkil ediləcək
  • Dünən, 18:23
    “Palmeyras”ın ilk uğuru - REPORTAJ
  • Dünən, 17:59
    “Fənərbaxça” tarixi rekorda imza atdı
  • Dünən, 17:42
    “Fənərbaxça”nın transfer gündəmi
  • Dünən, 17:18
    “Qalatasaray”da transfer yenilikləri
  • Dünən, 16:53
    İlqar Qurbanov: “Ürəyi bizimlə döyünməyən heç kimi millidə görmək istəməyəcəyik”
  • Dünən, 16:31
    U-19 millimiz Antalyaya bu futbolçularla gedir
  • Dünən, 16:05
    Yığmamızın oyunlarının təqvimi
  • Dünən, 15:49
    “Zirə” “Neftçi”yə yaxınlaşmaq fürsətini qaçırdı – TURUN ŞƏRHİ
  • Dünən, 15:32
    Teymur Rəcəbov Ələkbər Məmmədovu ən yaxşı sayır - MÜSAHİBƏ
  • Dünən, 15:18
    Misli Premyer Liqasının 21-ci turu rəqəmlərin gözü ilə
  • Dünən, 14:55
    Boksçularımızın Qızıl kəmər seriyasında ilk rəqibləri bəlli oldu
  • Dünən, 14:38
    Polis Öməri saxladı
  • Dünən, 14:10
    Daniel Alveşin törətdiyi şok əməlin təfərrüatı - YAZI
  • Dünən, 13:54
    “Sabah”ın futbolçuları Premyer Liqada yubiley qeyd edib
  • Dünən, 13:39
    PSJ üzvü Liqa 1-də qol vuran ən gənc oyunçu oldu
  • Dünən, 13:18
    Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
  • Dünən, 12:51
    Azərbaycan Serbiya və İngiltərə ilə eyni qrupda
  • Dünən, 12:38
    "Səbail" üçün əlamətdar hadisə
Daha çox
Oxunub: 2 497
“Ximki”nin azərbaycanlı sponsoru: “Oğlum oynayanda da komanda uduzurdu, oynamayanda da”
Oxunub: 1 973
“Qarabağ” Kadini “Krasnodar”a 5 milyon avroya satmayıb
Oxunub: 1 392
Mahir lağlağını haqq edir? - KÖŞƏ
Oxunub: 821
Vüqar Nadirov “Təkərdə” şousu ilə çempionat oyunlarını müqayisə etdi
Oxunub: 693
Nurlan İbrahimov: "Xoşbəxtəm ki, bizim kampaniya “Qarabağ”a bu yöndə də dəstək oldu”
Oxunub: 391
Bir yerdə böyüyən məşqçilər niyə mübahisə edib? - AÇIQLAMALAR
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə