Memfis Depayın məsələsi hələ də qeyri-müəyyən qalır.
Onun nə vaxt sıraya dönəcəyi məlum deyil. “Barselona”nın hücumçusu əzələ probleminə görə yanvarın 12-dən sonra yaşıl meydanlarda görünməyib. 27 yaşlı futbolçunun bu gün Avropa Liqasında “Napoli”yə, həftəsonu isə İspaniya çempionatında “Valensiya”ya qarşı oynamayacağı açıqlanıb.
Niderlandlı forvard “Barselona”ya ötən yay “Lion”dan gəlib. Memfis bu mövsüm La Liqada 16 oyuna 8 qol vurub.