“Barselona” rəhbərliyi Usman Dembeledən sonra daha bir oyunçu ilə anlaşa bilməyib.
Klubla Serci Roberto arasında aparılan danışıqlar dayandırılıb. Müdafiəçi rəhbərliyin maaşının 50 faiz azaltmaqla bağlı təklifini qəbul etməyib. Bu isə o deməkdi ki, Roberto Dembele kimi yayda komandanı azad agent kimi tərk edəcək. 30 yaşlı futbolçu artıq digər klublarla danışıq aparmaqda sərbəstdi.