Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2-ci dövrənin ilk turu keçirilib.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutan çempionatın 6-cı turuna “Neftçi” “Murov” matçı ilə start verilib.
1-ci dövrədə “Murov” klubuna qalib gələn “Neftçi” ikinci görüşdən məğlub ayrılıb - 3:2 (23:25, 27:29, 25:15, 25:23, 15:10).
Günün ikinci qarşılaşması MOİK və “Sərhədçi” komandaları arasında olub – 3:1.