MHL-də son iki gündə keçirilən oyunlarla bağlı bəzi maraqlı məqamlar var.
“Vaşinqton”un dünən səfərdə “Neşvill”ə 4:1 hesabıyla qalib gəldiyi oyunda dubl edən Aleksandr Oveçkin qol hesabını 761-ə çatdırdı. İndi onu snayperlər cədvəlinin 3-cü pilləsində qərarlaşan Yaromir Yaqrdan (766) cəmi 5 qol ayırır. Onu da xatırladaq ki, “Vaşinqton”un rusiyalı kapitanı son 6 oyunda fərqlənə bilməmişdi.
“Pittsburq”un hücumçusu Sidni Krosbi isə “Filadelfiya” ilə oyunda fərqlənməklə indiyə qədər yalnız Oveçkinə məxsus olan rekordu təkrarladı. Söhbət bir komanda ilə oyunlarda 50 qol vurmaqdan gedir. 34 yaşlı kanadalı karyerası ərzində 50-ci dəfə “Flayerz”in qapısına yol tapdı. Oveçkin isə “Vinnipeq”lə oyunlarda bunu bacarıb. Yeri gəlmişkən, Krosbi bu oyunda həm də MHL-də 500-cü qol həddinə çatdı. O, ev oyunlarında 271, səfərdə isə 229 qol vurub. Krosbi MHL tarixində 500 qol həddinə çatan 46-cı, 2017-ci il fevralın 2-də “San-Xose”nin heyətində 500-cü qolunu vuran Parik Merlodan sonra ilk hokkeyçi oldu.
Son iki günə damğa vuran hokkeyçilərdən biri də “Tampa-Bey”in müdafiəçisi Viktor Hedmandı. 31 yaşlı isveçli “Nyu-Cersi” ilə oyunda həm qol vurdu, həm də məhsuldar ötürmə verdi. Bununla da Hedman 2021/22 mövsümündə 50 (11+39) xal toplamağı bacaran ilk müdafiəçi oldu.
Bu arada növbəti Dünya kubokunun təşkilini müzakirə etmək üçün MHL və Hokkeyçilərin Assosiasiyasının (NHLPA) nümayəndələri bir araya gələcək. MHL bu turnirin 2024-ün fevralında İtaliyada keçirilməsini planlaşdırır. 2016-da keçirilən sonuncu Dünya kubokunda Kanada yığması qələbə qazanıb.
15 fevral
Minnesota – Detroyt 7:4 (2:2, 2:0, 3:2)
Sietl – Toronto 2:6 (1:3, 0:1, 1:2)
Vinnipeq – Çikaqo 1:3 (0:0, 0:1, 1:2)
San-Xose – Edmonton 0:3 (0:2, 0:0, 0:1)
16 fevral
Ottava – Sent-Luis 2:5 (1:1, 1:2, 0:2)
Pittsburq – Filadelfiya 5:4 ОТ (2:1, 0:3, 2:0, 1:0)
Baffalo – Aylenders 6:3 (1:1, 2:1, 3:1)
Nyu-Cersi – Tampa-Bey 3:6 (2:1, 1:2, 0:3)
Reyncers – Boston 2:1 B (0:1, 0:0, 1:0, 0:0, 1:0)
Neşvill – Vaşinqton 1:4 (0:1, 0:0, 1:3)
Kalqari – Kolambus 6:2 (2:1, 2:0, 2:1
Kolorado – Dallas 1:4 (0:1, 1:2, 0:1)
Los-Anceles – Edmonton 2:5 (1:0, 0:1, 1:4)
Şərq konfransı
Paytaxt divizionu
1 2 3 4 5 6 7
1. Pittsburq 50 25 6 11 8 169-132 70
2. Karolina 46 28 4 11 3 161-109 67
3. Reyncers 48 26 5 13 4 147-123 66
4. Vaşinqton 51 22 5 15 9 166-142 63
5. Kolambus 47 15 8 23 1 149-173 47
6. Aylenders 43 15 2 20 6 105-122 40
7. Filadelfiya 48 11 4 24 9 122-167 39
8. Nyu-Cersi 50 12 5 28 5 146-182 39
Atlantik divizionu
1. Tampa-Bey 49 23 9 11 6 169-139 70
2. Florida 47 24 8 10 5 194-139 69
3. Toronto 46 25 6 12 3 167-125 65
4. Boston 47 24 3 16 4 136-132 58
5. Detroyt 50 13 9 22 6 144-174 50
6. Baffalo 48 13 3 24 8 131-167 40
7. Ottava 46 14 3 25 4 124-150 38
8. Monreal 48 7 1 33 7 106-191 23
Qərb konfransı
Sakit Okean divizionu
1. Kalqari 46 23 4 13 6 158-110 60
2. Veqas 48 22 6 17 3 162-143 59
3. Edmonton 47 21 5 18 3 154-149 55
4. Los-Anceles 48 20 4 17 7 138-135 55
5. Anahaym 49 16 7 17 9 144-141 55
6. Vankuver 49 17 5 21 6 126-135 50
7. San-Xose 47 15 7 21 4 126-145 48
8. Sietl 49 14 2 29 4 129-173 36
Mərkəz divizionu
1. Kolorado 47 27 7 9 4 191-135 72
2. Minnesota 44 22 8 11 3 171-128 63
3. Sent-Luis 47 25 3 14 5 167-131 61
4. Neşvill 49 22 6 17 4 150-138 60
5. Dallas 47 18 8 19 2 141-142 54
6. Vinnipeq 46 17 3 18 8 131-137 48
7. Çikaqo 49 11 7 24 7 120-163 43
8. Arizona 48 8 4 32 4 108-180 28
Qeyd: 1 – oyun, 2 – qələbə, 3 – overtaymda qələbə, 4 – məğlubiyyət, 5 – overtaymda məğlubiyyət, 6 – şayba, 7 – xal.
Bombardirlər: Drayzaytl (Edmonton) – 65 (33+32), Makdevid (Edmonton) – 64 (24+40), Yuberdo (Florida) – 64 (17+47), Oveçkin (Vaşinqton) – 62 (31+31), Kadri (Kolorado) – 62 (20+42).
Snayperlər: Drayzaytl, Krayder