Emil Balayev karyerasını Qazaxıstanda davam etdirə bilər.
"Football-plus.az" saytının məlumatına görə, "Turan" Emil Balayevi heyətinə qatmaq istəyir. Bu barədə yerli mətbuat xəbər yayıb. Qazaxıstan klubunun Balayevlə danışıqlara başladığı da iddia olunub. Baş məşqçi Vladimir Qazzayev yeni qapıçı axtarır və azərbaycanlı oyunçunu komandasında görmək istəyir.
Qeyd edək ki, Emil 2019-cu ildə Vladimir Qazzayevin rəhbərliyi altında "Tobol"da çıxış edib.