Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
"Football-plus.az" saytının məlumatına görə, "Qarabağ" səfərdə"Marsel"in qonağı olacaq. Marsel təmsilçisi oyuna itki ilə çıxacaq.
"Marsel" komandası bu gün Fransada "Qarabağ"a qarşı keçirəcəyi Konfrans Liqasının ilk pley-off matçına futbolçu itkisi ilə çıxacaq. Valenten Ronjye cəza üzündən qarşılaşmanı buraxmalı olacaq. Yarımmüdafiəçi Rusiya "Lomkomotiv"ini 1:0 hesabı ilə yendikləri Avropa Liqasının qrup mərhələsi matçının 80-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Bu səbəbdən oyunçu matçda iştirak edə bilməyəcək.
Qeyd edək ki, "Velodrom" stadionunda keçiriləcək "Marsel" - "Qarabağ" matçı saat 00.00-da başlanacaq.