Sabah Konfrans Liqasının pley-offunda "Qarabağ" "Marsel"in qonağı olacaq.
Bu gün keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin üzvü Abdulla Zubir iştirak edib.
Fransalı yarımmüdafiəçi əvvəlcə görüş haqda fikirlərini səsləndirib:
“Bura təcrübəsi olan rəqiblə oynamaq üçün gəlmişik. Bu görüşdə yaxşı nəticə əldə etmək istəyirik. Bura yaxşı hazırlaşıb gəlmişik. Çalışacağıq ki, nəticə əldə edə bilək”.
Zubir daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- 4 ildən sonra öz ölkən Fransanın klubuna qarşı çıxış edəcəksən. Sonuncu dəfə 2018-ci ildə “Lans”da çıxış etmisən. Belə oyunla bağlı təəssüratlarını bilmək maraqlı olardı...- Bura yenidən qayıdıb, meydana çıxmağım mənim üçün böyük məmnuniyyətdi. “Marsel” xüsusi klubdu. Bu səbəbdən də mənim üçün 4 ildən sonra gəlib, burda oynamağım çox xoşdu. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
- Klubunuzun üzvlərini necə qiymətləndirərdin? Onların gücü haqda nə deyə bilərsən?- Daha çox hücum futbolu oynamağa üstünlük veririk. Bütün rəqibləri baş məşqçimizlə birgə təhlil edirik. Çalışacağıq ki, meydanda yaxşı oyun sərgiləyək. Komandamızın müsbət imicini qoruyub, saxlamaq istəyirik.
- Bildirdin ki, burda olmusan. Bəs, “Velodrom” stadionuna oyunçu kimi yox, azarkeş olaraq gəlmək istərdin?- Burda bəzən məşqlərə baxmışam. Eyni zamanda Fransa - İsveç görüşünü də tribunadan izləmişəm.
- Nə yaxşı “Qarabağ”ı seçdin? Lansdan Marselə gəlmək daha asan olmazdı?- Düzdü, "Lans"da oynamışam. Ordan Marselə gəlmək daha asan olardı, nəinki Bakıya getmək. Amma mənim üçün orada da hər şey rahatdı".