Yunanıstanın Şimal zonası üzrə 2-ci liqasında 19-cu turun oyunları keçirilib.
Turan Manafovun formasını geyindiyi Volos "Olimpiakos"u səfərdə "Iraklis"in qonağı olub. Turanın komandası görüşdən böyükhesablı məğlubiyyətlə ayrılıb - 4:0. Azərbaycanlı müdafiəçi qarşılaşmada iştirak etməyib. Futbolçunun adı iştirak ərizəsinə belə salınmayıb.
Qeyd edək ki, Volos təmsilçisi 17 komanda arasında 13 xalla 16-cı yerdə qərarlaşıb.