Türkiyə 1-ci liqasında 24-cü turun oyunları keçirilir.
"Football-plus.az" saytının məlumatına görə, Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" "Balıkesirspor"la üz-üzə gəlib və matçdan 3:1 hesablı qələbə ilə ayrılıb.
Azərbaycanlı futbolçu da bu görüşdə iştirak edib. olub. O, mübarizəyə 81-ci dəqiqədə qoşulub.
Qeyd edək ki, qələbədən sonra xallarını 31-ə yüksəldən "Keçiörengücü" turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.