AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Dünya çempionatının seçmə mərhələsində fevralın 23-də, İzmirdəki “Gürsel Aksel” stadionunda keçiriləcək Türkiyə – Serbiya oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.