Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası yeni statistikanı elan edib.
"Football-plus.az" saytının məlumatına görə, "Mançester Yunayted"in formasını geyinən Kristiano Ronaldo əfsanəvi oyunçu Romarionun rekorduna çatıb. Hücumçu buna "Brayton"u 2:0 hesabı ilə məğlub etdiklər oyunda nail olub. Qarşılaşmada ilk qolun müəllifi olan Ronaldo klub karyerasında 689-cu dəfə fərqlənib.