Fevralın 18-də Fujeirada başlayacaq Karate1 Premyer Liqa turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
3 gün davam edəcək yarışa yığma 9 idmançı ilə yollanıb.
Kişilərin 60 kq çəkidə Əminağa Quliyev və Sultan Hüseynovu, 67 kq-da Tural Ağalarzadə ilə Rafiz Həsənovu, 84 kq-da Turqut Həsənov və Pənah Abdullayevi, 84-dən yuxarı çəki dərəcəsində isə Asiman Qurbanlı mübarizə aparacaq.
Qadınlarda İrina Zaretska (68 kq), kata üzrə isə Roman Heydərov ölkəmizi təmsil edəcək.