• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Soldati Di Sabah”ı atributlarla klub təmin edib - MÜSAHİBƏ

Aktual / Ölkə futbolu / MÜSAHİBƏ

16-02-2022, 14:0

Ötən şənbə “Bank Respublika Arena”da baş tutan oyunda “Neftçi” “Sabah”ı 3:1 hesabl ilə məğlub edərək kubokdan kənarlaşdırdı.

Hər iki komandanın azarkeşləri oyunboyu dəstək nümayiş etdirdi. Baş verən insidentlərdən sonra mediada “Neftçi” azarkeşlərinin “Sabah”ın fanqrupu “Soldatı Di Sabah”ın pankartını götürməsiylə bağlı xəbərlər yayıldı. Bu məsələyə və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün “Soldatı Di Sabah”ın rəhbəri Rəşid Məmmədovla danışdıq:

- “Sabah”la tanışlığınız necə yarandı?
- Vaxtilə Masazırda yaşayırdım. “Sabah”la tanışlığım da tələbəlik illərimin ilk vaxtına, 2018-ci ilə təsadüf edir. Stadion yaşadığım əraziyə yaxın olduğundan komandanın oyunlarına getməyə başladım. Sadəcə, maraq üçün. Amma komandanın oyunu məndə həm kluba, həm də futbola maraq yaratdı. Bundan sonra mənlə birgə Masazırdakı və universitetdəki dostlarım oyunlara gəlməyə, beləcə fanat qrupumuz formalaşmağa başladı.

- Fanklub olaraq necə formalaşdız?
- “Soldati Di Sabah”ın yaranmasının da çox maraqlı və şanlı bir hadisəyə bağlı səbəbi var. Masazırdakı və universitetdəki dostlarımızla birgə fanklubun yaradılması ilə bağlı uzun müzakirələr apardığımız ərəfədə cəbhədə də əsgərlərimiz şanlı tarix yazırdı. Məhz bu şanlı zəfərin, qələbənin sevinci, həmçinin “Sabah”a və futbola olan böyük marağımız “Soldati Di Sabah” fanklubunu yaratmağa təkan verdi. Qrupun adını dəqiqləşdirəndən sonra müraciət etdik Novruz bəyə. O, azərkeşlərlə bağlı bütün məsələlərə nəzarət edir. Ondan bizə klubun atributlarını, bayraqları və başqa ləvazimatları təşkil etməsini xahiş etdik. Rəhbərliyin də müsbət cavabı və bizi atributlarla təmin etməsi nəticəsində “Soldati Di Sabah” fəaliyyətə başladı. Klub nümayəndələrinin maraqlanması və təşəbbüsümüzü xoş qarşılaması bizi həqiqətən çox sevindirdi.

- “Sabah” sizə dəstək olur?
- Müntəzəm bizlə maraqlanırlar. Klubun sosial yönümlü olması, gənclərə dəstək verməsi, təşəbbüslərimizi xoş qarşılaması bizdə kluba sevgini və rəğbəti daha da artırdı.

- Qrupunuz neçə nəfərdən ibarətdi?
- Bizdə əsas tayfa deyilən bir qrup var ki, 50 nəfərdən ibarətdi. Bu kütlə klubun ilk yarandığı gündən bir yerdədi. Ancaq gördüyünüz kimi, komandanın yaxşı oyun sərgiləməsi, baş məşqçinin düzgün strategiyası nəticəsində qələbələrin sıralanması azarkeşlərin sıralarının genişlənməsinə səbəb olur. “Soldati Di Sabah” ölkədəki bir çox fanklubdan fərqlənir. Gənclər arasında da “Sabah”a gündən-günə maraq daha da artır. Bu hər oyunda özünü say baxımından göstərir. Hər matçda sıralarımıza yeni gənclər, azarkeşlər qoşulur. Sayımız bəzi oyunlarda hətta 200-ə qalxır.

- “Sabah”dan əvvəl ölkəmizdə hansısa kluba rəğbətiniz olub?
- Qeyd etdiyim kimi, futbola o qədər də marağım olmayıb. Futbolla tanışlığım məhz “Sabah”la başladı və bu sevgi onunla da davam etməkdədi. Bir sözlə, məndə Azərbaycan futboluna maraq yaradan məhz “Sabah”, onun sosialyönümlü, gənclərə dəstək verməsi olub.

- Komandanın çıxışı sizi qane edir?
- Komandamızın çıxışı həqiqətən bizi qane edir. Kifayət qədər gözəl oyun sərgiləyirlər. Bunu ardıcıl qələbələrimiz də sübut edir. Ancaq bu o demək deyil ki, biz daha yaxşısını gözləmirik və əmin deyilik ki, olmayacaq. Əminliklə deyə bilərəm ki, komandamız gündən-günə daha yaxşı çıxış edir və mükəmmələ doğru gedir.

- “Sabah”ın “avrokubok zonası”na qalxa biləcəyini düşünürsüz?
- Təkcə düşünmürük, hətta bunu əminliklə deyirik. “Sabah” mütləq öz gücünü göstərəcək.

- Azərbayacan kubokunda “Neftçi”yə qarşı ağır oyun keçirdiz. Komanda hesabda öndə olmasına rəğmən, yekunda 1:3 hesabı ilə uduzdu. Bu qarşılaşma barədə nə deyə bilərsiz? Başqa xoşagəlməz hadisələrin yaşandığı da deyilir...

- Oyun haqda fikirlərimizi tribunada bildirdik. Biz də bu xəbərlərin şahidi olduq. Ancaq hamısı şayiədi. “Soldati Di Sabah”ın pankartı oğurlanmayıb, hər şey qaydasındadı. Bu hadisə “Sabah Ultras” fanklubunun başına gəlib. Onlar yeni yaranan qrupdu və sayları azdı. Məhz buna görə, əfsuslar olsun ki, pankartlarını qoruya bilmədilər. Bu fanklubun bizim qrupla ilə heç bir əlaqəsi yoxdu. “Soldati Di Sabah”ın heç bir fanklubla problemi yoxdu. Hətta dostluq münasibətlərimiz var.

SƏNƏM FƏRHADOVA

Oxunub: 344
Paylaş:
Digər xəbərlər

MARAQLI / Manşet

3-12-2021, 19:0

"Biz klubdan asılı deyilik" - "Soldatı Di Sabah"ın yaradıcısı

Aktual / Manşet

28-03-2022, 23:0

“Sabah” “Bank Respublika Arena”dan köçür? - RƏSMİ AÇIQLAMA

Ölkə futbolu

5-09-2021, 11:0

Yeni transfer “Sabah”ı sevindirdi

Ölkə futbolu

13-07-2021, 21:0

"Keşlə" "Sabah"ı məğlub etdi

Ölkə futbolu

25-11-2018, 19:0

“Sabah” üçün yeni sponsor: “Bank Respublika”

Premyer-liqa

22-06-2018, 13:0

“Sabah”ın məşqçilər korpusu formalaşdı

Aktual
“Neftçi” Emin Mahmudovla bağlı məsələyə NÖQTƏ QOYDU!
Asəf Namazovdan Arif Əsədova şok ittiham - MÜSAHİBƏ
Azərbaycan idmançıları 30-dan çox medal qazandılar
İlqar Qurbanov: “Ürəyi bizimlə döyünməyən heç kimi millidə görmək istəməyəcəyik”
Polis Öməri saxladı
Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
Son xəbərlər
  • Dünən, 23:50
    Neymar yenidən bu mükafata sahib çıxdı
  • Dünən, 23:31
    “Ayntraxt”da ayrılıq
  • Dünən, 23:15
    “Sabah”dan böyükhesablı qələbə - VİDEO
  • Dünən, 22:45
    “Turan Tovuz”dan səfər qələbəsi - VİDEO
  • Dünən, 22:15
    Dünya çempionu “Yuventus”a lazım deyil?
  • Dünən, 21:51
    Bundesliqanın tarixinə düşdü
  • Dünən, 21:30
    Qriliş ilə Akeni arxada qoydu
  • Dünən, 21:15
    Premyer-liqanın ən baha 10 transferi
  • Dünən, 20:49
    Murad Musayev: "Regionlarda oynamaq çox çətindi"
  • Dünən, 20:30
    Şahin Diniyev: "Bu, gələcəyə nikbin baxmağa imkan verir"
  • Dünən, 20:05
    “Sabah” və “Turan Tovuz”dan qələbə - YENİLƏNİB
  • Dünən, 19:55
    Yanvarın ən baha 20 transferi - SİYAHI
  • Dünən, 19:30
    “Çelsi” MS-nin rekordunu yenilədi
  • Dünən, 19:11
    Qış “transfer pəncərəsi”ndən baxarkən… - TƏHLİL
  • Dünən, 18:43
    Şəhriyar Əliyevin karyerasında
  • Dünən, 18:10
    Azarkeş qrupu "Neftçi"nin təklifini qəbul etmir - AÇIQLAMA
  • Dünən, 17:50
    Məşqçi həbs olundu
  • Dünən, 17:39
    Vinisius 200-ə çatdı
  • Dünən, 17:26
    Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
  • Dünən, 17:13
    Premyer Liqa: “Sabah” və “Səbail” ilk “11-liy”i açıqlayıblar
  • Dünən, 17:00
    "Qəbələ" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 16:56
    "Təəssüflər olsun ki, hazırlaşdığımız planlarımız pozuldu" - Vüqar Əsgərli
  • Dünən, 16:35
    "Tək dövlətin ayırdığı pulla mübarizə aparmaq, inkişaf etmək çox çətindir" - Ayxan Abbasov
  • Dünən, 16:23
    Rekord görmək istəyən 92 min dollardan keçsin!
  • Dünən, 15:51
    Türkiyə Super Liqasının 3 oyunu təxirə salındı
  • Dünən, 15:34
    Avropa Kuboku: Azərbaycan sumoçuları 6 medalla 1-ci olublar
  • Dünən, 15:07
    UEFA-dan Türkiyəyə dəstək mesajı
  • Dünən, 14:52
    Hamı onun getməsini istəyir?
  • Dünən, 14:43
    AGİN narkomaniyaya qarşı mübarizə mövzusunda videoçarx hazırlayıb - VİDEO
  • Dünən, 14:26
    1-ci və 100-cü: “Kəpəz”ə qarşı
  • Dünən, 14:09
    "Şamaxı"-"Turan Tovuz" oyununda problem
  • Dünən, 13:55
    "Valensiya"nın 15 illik həsrəti
  • Dünən, 13:41
    Sponsorların olmaması bölgə təmsilçisinə mane olur - AÇIQLAMA
  • Dünən, 13:32
    Ulduzların oyunu üçün hər şey hazırdı
  • Dünən, 13:24
    Həsənli Qəbələdə, Əhmədov Bakıda işləri korladı - HAKİMLƏRİN MÜHAKİMƏSİ
Daha çox
Oxunub: 8 438
“Neftçi” Emin Mahmudovla bağlı məsələyə NÖQTƏ QOYDU!
Oxunub: 2 848
“Turan Tovuz”un yeni sponsoru məlum oldu – ÖZƏL
Oxunub: 2 699
“Neftçi”nin sabiq futbolçusu yenidən Azərbaycanda çıxış edə bilər – ÖZƏL
Oxunub: 2 520
İspaniyalı futbolçu Azərbaycan klubuna təklif olundu
Oxunub: 759
"Şamaxı"-"Turan Tovuz" oyununda problem
Oxunub: 678
Rəşad Əhmədov haqlıdı, yoxsa Rəşad Sadıqov? – AÇIQLAMA
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə