Bir neçə gündü ölkə gündəmini "Xan Lənkəran"ın "Xəzər Lənkəran" olaraq yola davam edəcəyi haqda xəbər zəbt edib.
Amma hələ ki dəqiqləşən heç nə yoxdu. "Xan Lənkəran"ın prezidenti Pərviz Hüseynov bu gün şəxsi "instaqram" səhifəsində canlı yayın açaraq bəzi məsələlərə aydınlıq gətirib:
"Xan Lənkəran" və "Xəzər Lənkəran" adlı iki fərqli klub olsun istəyirik. Hər birinin fərqli loqoları olacaq. İşlər də bunun üzərində düşünülür. Hələ dəqiq məlumat yoxdu. AFFA ilə görüşlər olacaq. Ondan sonra bu barədə dəqiq məlumat verə biləcəm. "Xəzər Lənkəran" Mərkəzi stadionunda yenidən təmir işlərinin başlamasını istəyirik. Ot örtüyü dəyişdirilsin. Sadəcə, Mais müəllimlə bəzi məsələləri həll etməliyik".