Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib:
"Düşünürəm ki, "Qarabağ"ı Fransa "Marsel"inə qarşı ev oyununda 30-40 min azarkeş dəstəkləyəcək. Ağdam təmsilçisinin 6 futbolçusu yığmanın əsas heyət oyunçusudu. Onlar millinin oyununa əhəmiyyətli dərəcədə töhfə verənlərdi. Uzun illərdi ölkə çempionatının zirvəsindədilər. "Qarabağ" yerli oyunçulara sərmayə qoyan klubdu".
Mütəxəssis milli komandadan da söz açıb:
"Yığmanın əksər üzvləri yerli çempionatda çıxış etdiyindən onların məşqlərini və oyunlarını izləyirəm. Millətlər Liqasının matçlarınadək Malta və Latviyaya qarşı iki yoldaşlıq görüşü keçirmək imkanımız olacaq".