Azərbaycan kubokunun 1/4 finalının insidentlə müşayiət olunan “Sabah” – “Neftçi” görüşü qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatdı.
Oyundakı gərginlik tribunalara da sıçradı. Belə ki, “Neftçi” azarkeşləri “Sabah Ultras” fanklubunun bayrağını oğurladıb və bununla bağlı şəkillər paylaşdı.
Hadisənin necə baş verdiyini öyrənmək üçün fanklubun nümayəndəsi ilə əlaqə saxlamağa qərar verdik. Bunun üçün “Sabah”ın azarkeşlər üzrə məsul şəxsi Novruz Qafarovla əlaqə saxladıq.
Amma klub rəsmisi “Football-plus.az” saytına açıqlamasında “Sabah Ultras”ın fəaliyyət göstərmədiyini və onlarla heç bir əlaqələrinin olmadığını söylədi.
SƏNƏM FƏRHADOVA