"Səbail"in müdafiəçisi Şəhriyar Rəhimov futbolçu karyerasını bitirmək qərarına gəlib.
"Football-plus.az" saytına daxil olan məlumata görə, futbolçu klubun açıqladığı kimi zədədən yox, ciddi xəstəlikdən əziyyət çəkir.
Belə ki, Şəhriyar mövsümün startından öncə sağlamlığında yaranan narahatlığa görə Türkiyəyə yollanıb. Məhz orda xəstəliyinin ciddi olduğu dəqiqləşib.
Həkimlərin son müayinəsindən sonra onun vəziyyətində irəliləyiş olduğu deyilir.