“Milan” həftəsonu Aseriyasında liderliyi ələ aldı.
Stefano Pyolinin komandası əsas rəqibləri “Napoli” və “İnter”in xal itkisindən maksimum yararlanaraq 9 turdan sonra yenidən 1-ci yerə yüksəldi. “Sampdoriya” üzərində qələbə qolunu vuran Rafael Leauya məhsuldar ötürməni qapıçı Mayk Menyan verdi.
Qeyd edək ki, fransız futbolçudan əvvəl “Milan”da assistentlik edən sonuncu qapıçı 2006-cı ildə “Askoli”yə qarşı oyunda braziliyalı Dida olmuşdu.