
DÇ
186
15.02.2022, 15:40
UEFA şayiəyə reaksiya verdi
UEFA-nın mətbuat xidməti Çempionlar Liqasında cari mövsümün final oyununun keçiriləcəyi Sankt-Peterburqdakı stadionla bağlı xəbərlərə rəsmi reaksiya verib.
Bəzi mənbələr Rusiya və Ukrayna arasında siyasi vəziyyətin daha da pisləşəcəyi halda ən nüfuzlu avrokubokun finalının başqa məkana dəyişə biləcəyi ilə bağlı məlumatlar yayıb. Lakin UEFA-nın bu ehtimala reaksiyası mənfi olub. Qitə futbol təşkilatı “Zenit”in rəqiblərini qəbul etdiyi “Qazprom Arena”dan təşkilatçılıq hüququnun alınmasının mümkünlüyünə belə şərh vedib:
“UEFA vəziyyəti daim və yaxından izləyir. Hazırda məkanın dəyişdirilməsi nəzərdə tutulmur”.