Fevralın 13-də Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2021-ci ilin idman laureatlarını mükafatlandırdı.
“Qafqaz Point Hotel”də keçirilən tədbirdə çıxış edən qurumun prezidenti Eldar İsmayılov ölkəmizdə idmana dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini, idmançıların beynəlxalq arenalarda qazandığı nailiyyətləri qeyd etdi. AİJA-nın ötən illərdəki fəaliyyəti barədə məlumat verən İsmayılov 1995-də yaradılan qurumun Beynəlxalq İdman Mətbuatı Assosiasiyasında (AIPS) ölkəmizi uğurla təmsil etdiyini vurğuladı. Həmçinin qeyd etdi ki, assosiasiya 1996-cı ildən başlayaraq, idman mətbuatı və jurnalistlər arasında fərqlənənləri təltif edir. Sonra AİJA-nın fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi və tədbirin aparıcısı Fərid Ramazanov qalibləri elan etdi:
İlin idman adamı - Fərid Qayıbov
İlin idman xadimi - İlqar Rəhimov
İlin futbol xadimi - Əmrah Çəlikəl
İlin idmançısı
(kişilər)
1. Rafiq Hüseynov, güləş
2. Rafael Ağayev, karate
3. Hacı Əliyev, güləş
(qadınlar)
1. İrina Zaretska, karate
2. İrina Kindzerska, cüdo
3. Zöhrə Ağamirova, bədii gimnastika
İlin klubu - “Qarabağ”
İlin məşqçisi - Qurban Qurbanov (“Qarabağ”)
İlin futbolçusu - Emin Mahmudov (“Neftçi”)
İlin legioneri - Mahir Emreli (“Dinamo”, Zaqreb)
İlin idman jurnalisti
Telekanallar üzrə - Sənan Abdullayev (Xəzər TV)
Radio üzrə - Rüfət Nadirli (“Fərqli radio”)
Qəzetlər üzrə - Rəşad Qasımov (“Futbol+”)
Saytlar üzrə - Həbib Aslanov (Sportinfo.az)
Xarici dilli media üzrə - Elmir Əliyev (Haqqın.az)
Sosial şəbəkələr - Rəşad Ergün
İlin gənc idman reportyoru - Fuad Eldarov (İdman TV)
İlin televiziya aparıcısı - Fəridə Abdulla (İTV)
İlin idman şərhçisi – Elnur Məmmədli (CBC Sport), Tural Dadaşov (İTV)
İlin fotojurnalisti - Rasim Hüseynov
İlin informasiya agentliyi - AzərTAC
İlin telekanalı - İTV
İlin radiosu - Fərqli radio
İlin qəzeti
İdman qəzetləri üzrə – “Futbol+”
İctimai-siyasi qəzetlər üzrə – “525-ci qəzet”
İlin internet saytı
İdman saytları üzrə – qol.az
İctimai-siyasi saytlar üzrə – oxu.az
İlin mətbuat katibi
Qurumlar üzrə – Vamiq Nəsirov (AMADA)
Federasiyalar üzrə – Mahal Məmmədov (AFF)
Futbol klubları üzrə – Elnur Həmidov (“Sabah”)
Mükafatlar təqdim olunarkən maraqlı hadisələr yaşandı. Tədbirdə Vətən müharibəsi şəhidi, baş leytenant Səid Rəşidzadənin atası Nofəl Qasımov ilin məşqçisi mükafatına layiq görülən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova oğlunun hərbi baş geyimini və poqonlarını hədiyyə etdi. Bu zaman mərasimdə duyğusal anlar yaşandı. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə dostunun atasının jestindən kədərlənərək göz yaşlarını saxlaya bilmədi. Qurbanov bu mənalı və dəyərli hədiyyəyə görə minnətdarlığını bildirib, vətən uğrunda canını fəda edən Səid Rəşidzadənin, o cümlədən bütün şəhidlərimizin xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını qeyd etdi. Gündüz Abbaszadə isə təmsil etdiyi klub adından ötən il dünyasını dəyişən, tanınmış şərhçi Elnur Əşrəfoğlunun övladı Mətinə hədiyyələr təqdim etdi: