Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda fevralın 17-də, Bakı vaxtı ilə saat 00.00-da “Velodrom” stadionunda keçiriləcək “Marsel” (Fransa) - “Qarabağ” oyununu idarə edəcək hakimlər bəlli olub.
"Football-plus.az" saytının məlumatına görə, hakimlər briqadası Monteneqrodandı.
Baş hakim: NİKOLA DABANOVİÇ.
Baş hakimin köməkçiləri: Milovan Cukiç, Vladan Todoroviç.
Dördüncü hakim: Miloş Boşkoviç.