Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) səhvə yol verib.
Xorvatiya təmsilçisi Avropa Liqasının pley-off mərhələsində "Sevilya" ilə qarşılaşacaq. Klubun rəsmi "feysbuk" səhifəsi bu görüşlə bağlı paylaşım edib. Lakin postda yanlışlığa yol verilib. Belə ki, "Sevilya"nın əvəzinə "Vest Hem"in loqosu şəkildə əks olunub.
Qeyd edək ki, "Sevilya" - "Dinamo" (Zaqreb) matçı fevralın 17-də, saat 00.00-da keçiriləcək.