“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımıza davam edirik.

Budəfəki müsahibimiz futbol azarkeşlərinə yaxşı tanışdı. Sabiq FİFA referisi Rəhim Həsənov futbolçu yox, hakim kimi xeyli məhşurlaşıb. Azərbaycan çempionatında bir çox məsul qarşılaşmaların, derbi oyunlarının idarəçiliyi ona tapşırılıb. Həsənov FİFA referisi kimi də Avropanın fərqli ölkələrində Azərbaycanı layiqincə təmsil edib. Ötən mövsümün sonunda hakimlikdən gedən həmsöhbətimiz bu qərarıyla çoxlarını təəccübləndirdi. Həm yaşı, həm də fiziki hazırlığı ona peşəsini davam etdirməyə imkan verirdi. Amma Həsənov qərarını verdi və getdi. Hazırda Bakı şəhərindəki orta məktəblərin birində idman müəllimi kimi çalışan sabiq FİFA referisi ilə söhbətimiz xeyli maraqlı alındı.

- Rəhim bəy, sizi FİFA referisi kimi hamı yaxşı tanıyır. Amma futbolçu karyeranız barədə elə də ətraflı məlumat yoxdu. Rəhim Həsənovun futbola gəlişi necə oldu? Ordan hakimliyə necə keçdiz?

- Biz uşaq olanda az qala hamının futbola marağı var idi. Arzulayırdıq ki, böyüyəndə futbolçu olaq. Elə bu arzumun gerçəkləşməsi üçün futbol bölməsinə yazıldım. İlk müəllimim Azərbaycanın ən tanınmış məşqçilərindən sayılan Vaqif Paşayev olub. Onun yetirmələri hazırda ölkəmizin müxtəlif klublarında oynayır, məşqçi kimi çalışırlar. Vaqif müəllimin Azərbaycan futbolu üçün böyük əməyi var. Oynadığım klublara gəlincə, həm birinci divizionda, həm də premyer-liqa təmsilçilərində forma geymişəm. Təəssüflər olsun ki, onların bəziləri bu gün mövcudluğunu qoruya bilməyib. Son oynadığım klub “Gənclərbirliyi” idi. Sumqayıt təmsilçisində zədə aldım və bir il futboldan uzaq düşdüm. Ondan sonra başa düşdüm ki, həmin zədə ilə futbola qayıtmağım mümkün deyil. Başladım özümü müxtəlif sahələrdə sınamağa. Amma özümü həmin sahələrdə görə bilmədim. Uşaqlıqdan futbolun içində olmuşam. Belədə başqa sahəyə yönəlmək də çətindi. Buna görə də hakimliyə keçməyə qərar verdim.

Rəhim Həsənov: “Hakimliklə müəllimlik arasında çox oxşarlıq var”


- Xeyli gənc yaşlarınızdan Azərbaycan premyer-liqasında məsul oyunları idarə etməyə başladız. İlk vaxtlar həyacan var idimi? Ədaləti qoruduğunuz ilk oyunu necə xatırlayırsız?

- Mən hakimliyə futboldan gəlmişdim. Ona görə də bir növ bu sahə mən yad deyildi. Sadəcə, profilimi dəyişmişdim. Yenə də yaşıl meydandaydım. Orda özümü çox sərbəst hiss edirdim. Səmimi etiraf edim ki, həyəcan olurdu. Amma bir müsbət cəhət var idi ki, mən futboldan gəlmişdim. Buna görə də mənim üçün asan idi. Elə də xüsusi həyəcanım olmurdu. İlk oyunumu xatırlayıram. “İnter”lə Salyanın “Muğan” komandası arasında olan oyun idi. Oyundan qabaq bir qədər həyəcanlanmışdım. Start fitini verəndən sonra həmin həyəcan itdi, əsas fikrim özümü yaxşı tərəfdən göstərmək idi. Gənc olanda həyəcanlanmaq təbii sayılmalıdı. Əvvəl özünü yaxşı tərəfdən göstərməyə çalışırsan. Sonra da Hakimlər Komitəsini, AFFA-nı yaxşı təmsil etməyi hədəfləyirsən. Əvvəlki fikrimə qayıdım. Bəzən elə hakimlər olur ki, heç futbol oynamayıblar. Belədə fərq hiss olunur. Futboldan gələn insanlar üçün oyun idarə etmək asan olur. Bunu öz təcrübəmə əsasən əminliklə deyirəm.

- Ümimiyyətlə, istər daxili çempionatda, istər beynəlxalq arenada sizin üçün ən yaddaqalan oyun hansı olub?

- İdarə etdiyim bütün oyunlara hörmətlə yanaşmışam. Onların hər biri mənim üçün əziz, məsuliyyətli olub. İstər beynəlxalq oyun olsun, istər daxili çempionatda. Bəzi anlara unutsam da, ümumilikdə bütün oyunlar yadımdadı. Daxili çempionatda ən yaddaqalan oyunum “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması olub. Sizin də yadınızda olar. Hava şəraiti də xeyli çətin idi. Həmin oyunda xeyli duman çökmüşdü. Oyun da xeyli gərgin, maraqlı keçdi. Beş qırmızı vərəqə olmuşdu. İndiyə qədər həm futbolçularla məşqçilər, həm də azarkeşlər bu oyun haqqında danışır. Mənim üçün xüsusi maraqlı oyunlardan biri budu. Yekun hesab da 2:2 olmuşdu. Beynəlxalq arenada ən yaddaqalan oyunum isə Bakıda keçirilən hərbiçilər arasında dünya çempionatının finalı olub. Finalda Omanla İraq qarşılaşırdı. Həmin oyun da çətin hava şəraitində keçirildi. Yay ayı idi, temperatur da xeyli yüksək. Bakıda dəhşətli dərəcədə isti vardı, hərarət 38-40 dərəcəyə çatırdı. Final görüşü İraqın qələbəsiylə yekunlaşdı. Adları hərbçilər olsa da, hər iki komandada milli üzvləri var idi. Mənim köməkçilərimdən biri, ərəb hakim iki dəfə dünya çempionatının iştirakçısı olmuşdu. Bilmirəm indi hakimliyə davam edir, ya yox. Bu iki oyunu xüsusi fərqləndirə bilərəm.



- Gələcəkdə hakim olmaq istəyənlərə nə sözünüz var? Futbol oynamaq asandı, yoxsa hakim kimi onu idarə etmək?

- Hakimlikdə ilk addımlarını atan hər bir insan bilməlidi ki, o, futbola gəlir. Futbola gələn insan isə futbolu sevməli, daim bu oyunla yaşamalıdı, məsuliyyətini yaxşı dərk etməlidi. Hakim kimi bilməlidi ki, onun hansısa bir səhvi nələrə gətirə bilər, necə problemlərə səbəb olar. Bu məsələləri özündə təhlil etməlidi. Futbol sevgisi vacibdi. Hər iki sahə xeyli çətindi. Həm futbol oynamaq, həm də onu idarə etmək. Heç də hər kəs futbolçu, yaxud hakim ola bilməz. Baxmayaraq ki, hamı idman edir, yaxud çalışır. Amma nəticədə çox nadir adamlar sona qədər gedə bilir. Ona görə də hər iki sahəyə yönələn şəxsin çətinlikləri var. Sözsüz, hakimin məsuliyyəti daha çoxdu. Futbolçu öz həyatını risk altına qoyur. Hər an zədə ala bilər, sağlamlığını itirər. Hakim isə meydanda olan iki komandanın müqəddəratını həll edir, ədaləti qoruyur. Ümumiyyətlə, hər sahədə məsuliyyətli olmaq şərtdi. Amma hakimlərin məsuliyyəti xüsusilə ağırdı.

- Bildiyimizə görə, Bakı məktəblərinin birində idman müəllimi işləyirsiz. Müəllimliklə hakimlik bir-birinə bənzəyirmi? Meydandakı 22 futbolçuya nəzarət etmək daha asandı, yoxsa sinifdəki 25-30 şagirdə?

- Müəllimliklə hakimlik arasında çox oxşarlıq var. Əvvəllər biz uşaq futbolunda hakimlik edəndə Hakimlər Komitəsində bizə tövsiyə edirdilər ki, gənc futbolçulara təkcə hakim kimi yox, pedaqoq kimi yanaşmalısız. Oyunun gedişində uşaqlara oyun qaydalarını izah edirdik. İlk baxışdan çətin idi. Amma növbəti oyunda görürdük ki, uşaqlar eyni səhvi etməməyə çalışırlar. Ona görə də deyirəm ki, hakim belə hallarda meydanda həm də pedaqoq olur. Bu baxımdan iki peşə arasında bənzərlik var. Məsuliyyətə gəlincə, həm meydanda, həm dərs zamanı ədalətli olmağa çalışmalısan. Baxmayaraq ki, hər iki sahə məsuliyyətli və çətin sahədi, amma zamanla hər şey sənin üçün daha da asanlaşır. Ona görə də əvvəlki sualın cavabında bildirdim ki, hər bir gənc hakimliyə gələndə futbolu sevməlidi.

- Nə vaxtsa hakimlərə də dərs keçmək, onlara bu işin incəliklərini öyrətmək arzunuz varmı?

- Əlbəttə, hər bir hakimlik karyerasının sonu var. Sən o sona çatandan sonra təcrübəni kimləsə bölüşməyə çalışırsan. Təəssüflər olsun ki, hazırkı şəraitdə mən öz təcrübəmi bölüşə bilmirəm. Amma inanıram ki, həmin zaman gələcək. Topladığım təcrübəmi bölüşmək imkanı qazanacam, kiməsə bununla fayda verəcəm. Baxmayaraq ki, mən indi hakimlik etmirəm, amma daim həmkarlarımla əlaqə saxlayıram. Tez-tez fikir mübadiləsi edirik, mən də öz təcrübəmlə onlara yardımçı olmağa çalışıram. Ümidimi itirmirəm. Əminəm ki, zaman yetişəcək. Gənc hakimlərlə təcrübəmi bölüşmək imkanı qazanacam.

- Son vaxtlar orta məktəblərdə şagirdlərin davranışıyla bağlı problemlər tez-tez gündəmi zəbt edir, müxtəlif videolar yayılır. Sizcə, günah kimdədi? Uşaq və valideynlərdə, yoxsa müəllim və məktəbdə?

- Çox həssas və incə mövzudu. Hazırda özüm də təhlil edirəm. Boşluqların səbəblərini, onlardan çıxış yollarını tapmağa çalışıram. Günahı heç vaxt uşaqların üzərinə atmaq olmaz. Uşaq heç vaxt qınaq obyekti olmamalıdı. Valideynlər bəzən uşaqlara çox vaxt ayıra bilmir. Belədə problemlər ortaya çıxır. Bəzən ola bilər ki, hansısa müəllim boşluq buraxır, yaxud məktəb özü. Biz hamılıqla bu səbəbləri araşdırıb, təhlil etməliyik. Sonra düzgün qərarlar verməliyik ki, gələcəkdə bu problemlər cəmiyyətimizdə qlobal olmasın. Mən indi idman müəllimiyəm. Bəzən düşünürəm ki, kimlərsə emosiyalarını müəllimlərdən çıxırlar. Yaxud da bekarçılıqdan hansısa videolar çəkirlər. Uşaqları idmana yönəltmək lazımdı. Həmin enerji idmanda çıxar, uşaqların vaxtı səmərəli keçər. Bəlkə də digər təhsil işçisi məsələyə başqa cür yanaşar. Dünyanın ən kriminal ölkələrindən biri Braziliyadı. Amma ordan nə qədər tanınmış futbolçu çıxıb. Əlbəttə, Braziliya kimi ola bilmərik. Lakin uşaqları düzgün istiqamətləndirsək, bunun faydasını da görərik. Təkcə Təhsil Nazirliyi bu sahədə çalışmamalıdı. Hamı əl-ələ verməli, bir-birimizə kömək etməliyik. Yalnız belədə problemlərə qalib gələ bilərik.

İLKİN SULTANLI



Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Son xəbərlər

PSV-nin futbolçusu premyer-liqa klubunun hədəfində

MY Kasemiro transferini açıqladı

Beyli "Marsel" yolunda

"Vilyarreal"da ayrılıq

"Fiorentina"da yeni müqavilə

Tuxel və Kontenin cəzaları müəyyənləşdi

"İnter" PSJ-nin təklifini rədd etdi

"Brayton"da yeni müqavilə

MY Antoni transferində israrlıdı

Ndombelenin yeni klubu müəyyənləşdi

Autsayderlərin matçında iki qol - VİDEO

"Komanda olaraq oyundan-oyuna artıracağıq" - Vüqar Əsgərli

"Daha yaxşı nəticə əldə edə bilərdik" - Mahmud Qurbanov

"Kəpəz"in iki futbolçusu "Qəbələ" ilə görüşü buraxacaq

"Çelsi" Obameyanqa təklif göndərəcək

Şamaxıda bərabərlik - YENİLƏNİB

Yamayka millisinin forvardı "Qalatasaray"a keçə bilər

"Viktoriya" - "Qarabağ" matçına əlavə biletlər satışa çıxarıldı

19 yaşlı müdafiəçi rəsmən "Çelsi"də

"Qarabağ"in Çexiyaya səfər tarixi açıqlandı

Mayk Tayson əlil arabasında - FOTOLAR

"Pis dönəmlər keçirdim, ancaq vəziyyətdən çıxa bildim" - Suares

Daha 1 il "Bavariya"da qala bilər

İki idmançımız Avropa çempionatının finalında

Ançelotti Kazemironun "Mançester Yunayted"ə keçidini istəmir

Ronaldo ten Haqın işindən narazıdı

"Barselona" "Vilyareal"ın futbolçusu ilə razılaşdı

"Bu nəticə bizə revanş üçün əla şans verir" - "Viktoriya"nın futbolçusu

“Xocalı”nın direktoru valideyndən 3000 manat tələb edir

Medianın İnkişafı Agentliyi media subyektlərinə müraciət etdi

"Real"ın futbolçusu "Mançester Yunayted"də

Millimizin üzvü "Neftçi"də

Daha bir klub Ronaldonu istəmədi

Premyer-liqada 3-cü turun təyinatları açıqlandı

Patrik Andrade "Partizan"da ilk qolunu vurdu

PSJ Neymar və Mbappeyə xəbərdarlıq etdi

Bu divizion klubunun ev oyunlarına giriş pullu olacaq

AFFA Region Liqası klubları üçün tender elan etdi

Millimizin sabiq üzvü Almaniya klubunda

“Atletiko”nun mövsümöncəsi toplanışı cəhənnəm əzabıdı

Ronaldo artıq Ten Haqı da bezdirib

Mendinin qeyri-adi seks macəraları

İtaliyadan İngiltərəyə yollandı

Ramos Mbappe ilə Neymarı barışdırdı

Tribunalar doldu-daşdı, qələbə bizdən uzaq qaçdı - YAZI

Bütün xəbərlər