İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevanın işi üzrə Beynəlxalq Olimpiya Komitəsi (IOC), Beynəlxalq Konkisürmə İttifaqı (ISU) və Ümumdünya Antidopinq Agentliyinin (WADA) apellyasiya şikayətini təmin etməyib.
İdmançı fevralın 15-də fərdi yarışlara qatıla biləcək. O, Azərbaycan təmsilçisi Yekaterina Ryabovanın əsas rəqiblərindən olacaq.
Beynəlxalq Dopinq Test Agentliyi (ITA) fevralın 12-də bildirib ki, Vəliyevanın 2021-ci il dekabrın 25-də verdiyi dopinq testində trimetazidin aşkarlanıb. Rusiya Antidopinq Agentliyi fevralın 9-da Vəliyevaya qarşı müvəqqəti diskvalifikasiya tətbiq edib. IOC, ISU və WADA fevralın 13-də bu qərardan CAS-a şikayət edib