Taekvondo üzrə Azərbaycan millisi Antalyada keçirilən "Turkish Open" turnirində 1 qızıl, 4 bürünc medal qazanıb.
Olimpiya, dünya və ikiqat Avropa çempionu Radik İsayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bürünc medalları isə kişilərdən Səyyad Dadaşov (54 kq) və Məhəmməd Məmmədov (80 kq), qadınlardan Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) əldə edib.
Qeyd edək ki, "Turkish Open"də 49 ölkədən 1250 taekvondoçu mübarizə aparıb.