"Zirə" Azərbaycan kubokunun 1/4 finalının cavab matçında "Səbail"ə 3:1 hesabı ilə qalib gəlib.
Görüşdən sonra "qartallar"ın baş məşqçisi Vaqif Paşayev qələbəni şərh edib:
"İlk oyundakı 4:0 hesablı qələbəyə baxmayaraq, uşaqlara başa salmışdıq ki, kubok 2 oyundan ibarətdi. 3:0, 4:0 qalib gəlib, sonradan mərhələ keçə bilməyən komandalar da olub. Futbolçularımıza tapşırmışdıq ki, ilk oyundakı nəticəni unutsunlar. Tapşırıqlarımızı yerinə yetirdi. Oyun yeni başlayanda külək də bizə problem yaratmışdı. Amma sonradan uşaqlar öz oyunları tutdu.Yeni transferlər yavaş-yavaş formanı yığacaqlar. Hesab edirəm ki, bundan da yaxşı olacaqlar”.
Paşayev, yarımfinalda “Neftçi” ilə qarşılaşacaq komandasının final şanslarını da dəyərləndirib: “Nə qədər mümkündüsə, yuxarılara gedəcəyik. Rəqib kim olursa-olsun, çıxıb oynayacağıq”.