Edinson Kavani gələcəyi ilə bağlı müəyyən qərara gəlib.
O, “Mançester Yunayted” ilə müqaviləsini yeniləməyəcək. Bunu iddia edən jurnalist Fabritsio Romano onun yayda klubu azad agent kimi tərk edəcəyini bildirib. Uruqvaylı hücumçu karyerasını İspaniyada davam etdirmək istəyir.
Edinson MY-də 2020-ci ildən oynayır. O, bu mövsüm premyer-liqada meydana çıxdığı 11 oyunda 2 qol vurub.