Kərim Benzema ilə bağlı növbəti xəbər yayılıb.
Bir neçə gün əvvəl onun vəziyyətinin heç də ürəkaçan olmadığı haqda məlumat verilmişdi. “Real”ın hücumçusunun zədə səbəbindən Çempionlar Liqasının 1/8 finalının PSJ ilə ilk oyununu buraxa biləcəyi ehtimal edilmişdi. “Marka” qəzetinin xəbərində fransalı futbolçunun hələ də fərdi qaydada məşq etdiyi bildirilirdi. Onun topla məşq etsə də, optimal formadan uzaq olduğu vurğulanmışdı. “Real”ın baş məşqçisi Karlo Ançelotti bu səbəbdən Kərimdən şənbə günü “Vilyarreal”a qarşı səfər oyununda (0:0) yararlana bilməyib.
Buna baxmayaraq, 34 yaşlı oyunçunun PSJ ilə oyunda iştirak etmək ehtimalı var. “Marka” qəzetinin xəbərini Ançelotti də təsdiqləyib.
Qeyd edək ki, PSJ - “Real” matçı fevralın 15-də keçiriləcək.