İtaliya çempionatında 25-ci turun mərkəzi oyunu Neapolda keçirilib.
“Napoli” – “İnter” matçı 1:1 hesabı ilə nəticələnib. 7-ci dəqiqədə penalti ilə hesabı açan Lorentso İnsinye “Napoli”nin formasında 116-cı qolunu vurub. 30 yaşlı hücumçu Dieqo Maradonanın göstəricisini (115) arxada qoyaraq klubun ən yaxşı bombardirlərinin siyahısında təklikdə 3-cü yerə sahib çıxıb.
İnsinye indi ən məhsuldar oyunçuların sıralamasında yalnız Dris Mertens (144) və Marek Hamşikdən (121) geri qalır. Əlavə edək ki, o, yayda “Napoli”ni tərk edərək azad agent kimi “Toronto”ya (Kanada) keçəcək.