Dünən Azərbaycan kubokunun 1/4 finalının cavab matçında "Neftçi" "Sabah"ı məğlub etdi - 3:1.
Qarşılaşmada bir sıra maraqlı hadisələr baş verdi. 73-cü dəqiqədə Eddi İsrafilov Aleksey İsayevə qarşı kobud oynadı. "Tələbələr"in üzvü buna cavab olaraq milli komanda yoldaşını vurdu. Hadisə futbolçular arasında davaya çevrildi. Yaşananlara görə Aleksey İsayev, Səlahət Ağayev, Murad Musayev qırmızı, Eddi İsrafilov və Samir Abbasov sarı vərəqə ilə cəzalandı.
Sosial şəbəkələrdə yaşanan hadisələr birmənalı qarşılanmadı. Bir çoxları Rəvan Həmzəzadəni qərəzli idarəçilikdə qınadı. Görəsən, "Sabah" referinin qərarları ilə bağlı AFFA-ya şikayət ünvanlayacaq? Sualımızı "bayquşlar"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova ünvanladıq: