Braziliyanın San Paulu ştatının polisi 20 yaşlı oğlanı həbs edib.
Adı çəkilməyən şəxs, necə deyərlər, böyük məharət göstərib.
Cavan oğlan PSJ-nin hücumçusu Neymarın bank hesabından təxminən 220 min real (37 min avro) oğurlamaqda ittiham olunur. O, şirkətlərdən birində inzibati məsələlər üzrə köməkçi kimi çalışırmış. Amma necə olubsa, fırıldaqçılıq yolu ilə qeyri-qanuni əməliyyatları reallaşdıran cinayətkar qrupa qoşulub.
San Paulu ştatının Baş Polis İdarəsinin məlumatında artıq qrupun digər üzvlərinin şəxsiyyətinin müəyyən edildiyi də bildirilib.