Azərbaycan Kubokunun 1/4 mərhələsinin cavab qarşılaşması keçirilib.
"Sabah" doğma meydanda "Neftçi"ni qəbul edib - 1:3. Bununla da "ağ-qaralar" növbəti mərhələyə vəsiqə qazanıb. Oyundan sonra ev sahibinin baş məşqçisi Murad Musayev mətbuat konfransında iştirak edib. Çalışdırıcı görüş haqda bunları deyib:
"Çox yaxşı ilk hissə keçirdik. Oyuna nəzarət etdik, bir neçə təhlükəli fürsətlər yaratdıq. Müdafiədə intizamlı olduq, rəqibin hücum etməsinə imkan vermədik. İkinci hissə intizamı itirdik. Bu, bizim ən böyük səhvimiz idi".
- Hakimliklə bağlı fikirləriniz nədi?- Baş hakim işini çox yaxşı gördü. Epizod gedir və qayda pozulubsa, hakim fitini çalmırsa... Amma eyni epizodda rəqib üçün fitini çalır. Mən daha sərt futbolun tərəfdarıyam. Hər iki tərəfə imkan vermək lazımdır ki, sərt oynanılsın. Hakim sadəcə bir tərəfə fit çalırdı. Biz meydançadakı futboldan həzz ala bilmədik. Meydanda baş verən hər şeyin səbəbkarı hakimdir. Hakimlər belə edirsə, biz daha yaxşı oynamalıyıq. Uzun müddət idi belə hakim görmürdüm. Hakim nəyə nail olmaq istəyirdisə, onu da etdi.