"Qəbələ"də cari mövsümdən məşqçiliyə başlayan Rasim Ramaldanov premyer-liqanın tarixinə düşüb.
Belə ki, 36 yaşlı mütəxəssis 4-cü dəfə sarı vərəqə ilə cəzalandırılıb. O, növbəti turda texniki zonada yer ala bilməyəcək. Çempionatda məşqçilərə sarı vərəqə veriləndən indiyədək belə hadisə baş verməyib. Maraq üçün qeyd edək ki, Ramaldanov 2-ci turda "Keşlə"yə evdə 2:1 hesabıyla qalib gəldikləri matçın 86-cı dəqiqəsində qaydaları pozduğuna görə Rəşad Əhmədov tərəfindən sarı vərəqə görmüşdü. İkinci cəza 7-ci turda "Zirə" ilə 1:1 bitən görüşdə olub. FİFA referisi Əliyar Ağayev onu 77-ci dəqiqədə hakimin qərarına etiraza görə cəzalandırıb. Son iki vərəqə isə son 2 tura təsadüf edib. Bu, Qəbələdə "Neftçi"ylə 1:1 hesabıyla nəticələnən oyundu ki, Kamal Umudlu 45-ci dəqiqədə hakimin qərarına etiraz edən Ramaldanova sarı vərəqə göstərib. Onun ilk dəfə səfər matçında rəsmi xəbərdarlıq alması isə 1 oyunluq cəzanı qaçılmaz edib. Bu, 15-ci turda "Sabah"a 0:3 hesabıyla uduzduqları matçdı ki, Elçin Məsiyev 69-cu dəqiqədə ona sarı vərəqə göstərib.
Hadisənin unikallığını nəzərə alıb, Ramaldanovla danışmağı lazım bildik:
GÜNAY VƏLİYEVA