Almaniya 2-ci Bundesliqasında 22-ci turun oyununları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” doğma meydanda “Holştayn Kil”i qəbul edib və oyundan 2:3 hesablı məğlubiyyətlə ayrılıb.
Azərbaycanlı futbolçu mübarizəyə ilk "11-lik"də başlayıb. Yarımmüdafiəçi 33-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb və fasilədə əvəzlənib.
Qeyd edək ki, 22 turdan sonra 15 xalı olan “Ersgebirge” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.