Türkiyə 1-ci Liqasında 24-cü tur oyunları keçirilir.
"Football-plus.az" saytının məlumatına görə, Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” "Samsunspor"un qonağı olub. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Millimizin üzvü də bu qarşılaşmanın iştirakçısı olub. O, mübarizəyə ilk "11-lik"də başlayıb və 82-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Bursaspor” hazırda turnir cədvəlində 24 xalla 15-ci pillədə qərarlaşıb.