Premyer-ilqanın son turunda “Qarabağ”a doğma meydanda 1:2 hesabı ilə uduzan “Neftçi” daha bir problemlə üzləşib.
Qış fasiləsində klubdan ayrılan Harramiz Suares paytaxt təmsilçisindən ciddi təzminat məbləği almaqda israrlıdı. San-Tome və Prinsipidən olan futbolçu bu məqsədlə FIFA-ya şikayət ünvanlayıb. 31 yaşlı vinger “ağ-qaralar”dan müqaviləsində nəzərdə tutulan qalan müddətin – ilyarımın pulunu tam almaq niyyətindədi.
Bundan sonra məsələ hüquqi müstəvidə həllini tapmalıdı. FIFA futbolçunu haqlı saysa, bakılılar təzminat ödəməklə yanaşı, sanksiyaya da məruz qala bilər. “Neftçi” ötən ilin yayında Portuqaliya “Eştoril”indən gətirdiyi oyunçu ilə müqaviləyə qışda birtərəfli qaydada xitam verib. Harramiz hazırda Pireney ölkəsində “Farense”nin formasını geyir. Yanvarın 21-də klub futbolçu ilə yolları ayırdığını açıqlamışdı. Amma Harramizlə qarşılıqlı razılıq əldə olunub-olunmadığı qeyd olunmamışdı. Belə olan halda afrikalı yarımmüdafiəçi “ağ-qaralar”dan necə FIFA-ya şikayət edə bilər? Paytaxt təmsilçisini bu məsələdə nə gözləyir? “Neftçi” qanuni əsasla müqaviləni pozub?
Suallarımızı flaqmanın idman direktoru Zaur Əzizova ünvanladıq: