Beynəlxalq Futbol Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın 5 aparıcı liqasında son 10 mövsümü əhatə edən reytinq cədvəllərini tərtib edib.
Bu müddətdə klubların transfer əməliyyatları araşdırılıb. Alınan və satılan oyunçuların ümumi məbləği arasındakı fərqə əsasən balans müəyyən edilib. Bu planda ən pis göstərici “Mançester Yunayted”ə məxsusdu. İngiltərə klubu 2012-ci ilin yayından başlayaraq yeni oyunçuların alğısına 1 milyard 545 milyon avro xərcləyib. Satılan futbolçuların ümumi dəyəri isə 470 milyon avro təşkil edib. Nəticədə MY “böyük beşlik”də ən mənfi transfer balansına malik olub. Klubun onillik transfer əməliyyatlarının yekun göstəricisi 1 milyard 75 milyon avro itki ilə ifadə edilib.
“CIES Football Observatory”nin tərtib etdiyi ən mənfi balanslı klubların siyahısında 2-ci və 3-cü yerləri uyğun olaraq “Mançester Siti” və PSJ tutub. Maraq üçün qeyd edək ki, qitə nəhənglərindən olan “Real” 25-ci yerdədi. İspaniya klubu son 10 mövsümdə oyunçuların alğısı üçün 1,163 milyard avro xərcləyib. Madridlilərin satılan futbolçularının ümumi məbləği isə 984 milyon avro təşkil edib. Əməliyyatların balansı 179 milyon avroluq zərərlə ifadə olunub. Siyahının ilk 15 pilləsinə düşən klubların transferləri üzrə göstəricilərini (milyon avro ilə) nəzərinizə çatdırırıq.
1 2 3 4
1. Mançester Yunayted (İngiltərə) 470 1545 -1075
2. Mançester Siti (İngiltərə) 715 1699 -984
3. PSJ (Fransa) 504 1445 -941
4. Barselona (İspaniya) 980 1630 -650
5. Arsenal (İngiltərə) 446 1029 -583
6. Yuventus (İtaliya) 981 1542 -561
7. Milan (İtaliya) 452 884 -432
8. Everton (İngiltərə) 482 911 -429
9. Aston Villa (İngiltərə) 277 701 -424
10. Çelsi (İngiltərə) 1201 1614 -413
11. İnter (İtaliya) 673 1058 -385
12. Vest Hem (İngiltərə) 302 676 -374
13. Bavariya (Almaniya) 452 815 -363
14. Liverpul (İngiltərə) 781 1128 -347
15. Nyukasl (İngiltərə) 309 648 -339
Qeyd: 1 - klub (ölkə), 2 – satılan oyunçuların ümumi məbləği, 3 - alınan oyunçuların ümumi məbləği, 4 – transfer əməliyyatları üzrə balans.
...“Lill” 10 ilə 349 milyon avro qazanıb
“CIES Football Observatory”nin tərtib etdiyi ən müsbət balanslı klubların siyahısına “Lill” başçılıq edir. Fransanın son çempionu ötən 10 mövsüm ərzində oyunçuların alğısına 319 milyon avro xərcləyib. Satılan futbolçuların ümumi dəyəri isə 668 milyon avro təşkil edib. Nəticədə “Lill” 5 aparıcı liqada ən müsbət transfer balansına malik olub. Klubun onillik transfer əməliyyatlarının yekun göstəricisi 349 milyon avro qazanc ilə ifadə edilib.
2-ci və 3-cü yerləri uyğun olaraq “Lion” və “Cenoa” tutub. Maraq üçün qeyd edək ki, qitənin aparıcı liqası sayılan İngiltərə çempionatında çıxış edən klublardan heç biri ilk “15-liy”ə düşə bilməyib. Premyer-liqa təmsilçiləri sırasında ən müsbət balansa malik olanı “Brentford”du. Bu klub son 10 mövsümdə oyunçuların alğısı üçün 144 milyon avro xərcləyib. Satılan futbolçuların ümumi məbləği isə 187 milyona bərabər olub. Nəticədə “Brentford” 43 milyon avroluq transfer balansı ilə “böyük beşlik”də 23-cü yeri tutub. Siyahının ilk 15 pilləsinə düşən klubların transferləri üzrə göstəricilərini (milyon avro ilə) nəzərinizə çatdırırıq.
1 2 3 4
1. Lill (Fransa) 668 319 349
2. Lion (Fransa) 686 439 247
3. Cenoa (İtaliya) 465 265 200
4. Udineze (İtaliya) 416 244 172
5. Atalanta (İtaliya) 554 392 162
6. Monpelye (Fransa) 205 89 116
7. Atletik (İspaniya) 224 109 115
8. Sent-Etyen (Fransa) 222 111 111
9. Hoffenhaym (Almaniya) 335 227 108
10. Empoli (İtaliya) 175 75 100
11. Bordo (Fransa) 224 133 91
12. Fiorentina (İtaliya) 570 482 88
13. Monako (Fransa) 1104 1018 86
14. Borussiya (Dortmund, Almaniya) 892 806 86
15. Sampdoriya (İtaliya) 423 352 71
Qeyd: 1 - klub (ölkə), 2 – satılan oyunçuların ümumi məbləği, 3 - alınan oyunçuların ümumi məbləği, 4 – transfer əməliyyatları üzrə balans.