"Zirə" yeni futbolçu ilə anlaşıb.
"Football-plus.az" saytının məlumatına görə, Qəsəbə təmsilçisi Ahmed Ayzaya ilə 1,5+1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, 26 yaşlı nigeriyalı yarımmüdafiəçi daha əvvəl Portuqaliyanın "Ribeyrao", "Oliveyrense", “Vilaverdense”, “Jil Visente”, “Varzim” və "Kovilya" klublarında çıxış edib.