İtaliya kubokunun 1/4 finalında “Roma” üzərində qələbə (2:0) “İnter”ə baha başa gəlib.
Milanlıların müdafiəçisi Alessandro Bastoni ilk hissənin sonunda zədələnib. Topuğundan xəsarət alan 22 yaşlı futbolçu meydanı həkimlərin köməyi ilə tərk edib.
Alessandronun uzun müddətə sıradan çıxdığı ehtimal olunur. İlkin proqnoza əsasən, o, hətta İtaliya yığmasına DÇ-2022-nin mart ayına təyin olunan pley-off oyunlarında kömək edə bilməyəcək.