Azərbaycan Qolf Federasiyasının hesabat-seçki konfransı keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub. 2018-ci ildə fəaliyyətini dayandıran federasiyanın yeni prezidenti kimi Rauf Xəlilov seçilib. Həmin vaxta qədər federasiyaya sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov başçılıq edirdi.
Qeyd edək ki, Rauf Xəlilov isə məşhur iş adamı, İSR Şirkətlər Qrupunun sahibi İsgəndər Xəlilovun oğludu.