Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" səfərdə "Marsel"in qonağı olacaq.
"Football-plus.az" saytının məlumatına görə, görüş üçün nəzərdə tutulan biletlər tükənmək üzrədi. 15 avroya satışa çıxarılan 5-ci kateqoriya biletləri artıq bitib. Satışda yalnız 20, 25, 29 və 39 avroya olan biletlər qalıb.
Qeyd edək ki, fevralın 17-də oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması saat 00.00-da başlayacaq.